Dünyanın ən güclü ordularının yeni siyahısı

 Dünyanın ən güclü ordularının yeni siyahısı
  01 Avqust 2019    Oxunub:5632
“Global Fire Power” dünyanın ən güclü ordularının yeni siyahısını açıqlayıb.
Azvision.az xəbər verir ki, 50-dən artıq parametr üzrə hazırlanan hesabatda ilk pillədə ABŞ yer alıb, ikinci Rusiya, üçüncü Çin, dördüncü Hindistan, beşinci Fransa, altıncı Yaponiya, yeddinci Cənubi Koreya, səkkizinci Böyük Britaniya, doqquzuncu Türkiyə, onuncu isə Almaniyadır.

Ən güclü orduların siyahısında Azərbaycan ordusu 52-ci, Gürcüstan 85-ci, Ermənistan isə 96-cıdır.

Qeyd edək ki, hesabat hazırlanarkən əsgər sayı, döyüş qabiliyyəti, texnoloji inkişaf daxil olmaqla 50 parametr nəzərə alınır.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Ordu   Güc   Hesabat  





Xəbər lenti