Həyətində çətənə istixanası aşkarlandı

Həyətində çətənə istixanası aşkarlandı
  01 Avqust 2019    Oxunub:1496
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Novxanı qəsəbə sakini əvvəllər məhkum olunmuş Taleh Ağayev saxlanılıb.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, onun qəsəbə ərazisindəki həyətyanı sahəsində yerləşən istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 252 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

T.Ağayev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam aparılır.

Azvision.az



Teqlər: DİM   Narkotik  





Xəbər lenti