AMB-dən
Azvision.az -a verilən məlumata görə, memorandum çərçivəsində elektron ticarət, mobil ödənişlərin inkişafı, iqtisadiyyatın ayrı-ayrı sahələrində müasir ödəniş alətlərindən istifadə imkanlarının yaradılması və maliyyə savadlılığı sahəsində birgə əməkdaşlıq fəaliyyətinin təşkili üzrə razılığa gəlinib. Eyni zamanda, iki qurum tərəfindən 2020-ci ilin sonunadək nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Bakı və regionlarda birgə lotereyanın keçirilməsi, nağdsız ödənişlərin təbliğatı, müasir ödəniş həllərinin təşviqi və cari vəziyyətin qiymətləndirilməsi üzrə təhlillərin aparılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Mərkəzi Bank ölkədə elektron bankçılıq və rəqəmsal ödənişlərin inkişafı və innovativ maliyyə texnologiyalarının ölkəmizdə tətbiqi üzrə verilən təşəbbüsləri davamlı olaraq dəstəkləyir və bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasını daim diqqət mərkəzində saxlayır.
Azvision.az