Əhalinin banklardakı əmanəti 8,6 milyard manata çatıb

Əhalinin banklardakı əmanəti 8,6 milyard manata çatıb
  30 İyul 2019    Oxunub:1869
Cari ilin iyun ayında Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri 8 633,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4% və ya 364,1 mln. manat artıb.
Azvision.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, artım əsasən tələbli depozitlər hesabına baş verib. Belə ki, cari ilin ilk yarısında tələbli depozitlər 18,1% (505,7 mln. manat) artıb.

Hüquqi şəxslərin depozitləri ilin ilk yarısında 1,1% (114,1 mln. manat) azalsa da, müddətli depozitləri 55,4% (803,5 mln. manat) artaraq 2 253,2 mln. manata çatıb.

Azvision.az



Teqlər: Bank   Əhali   Əmanət  





Xəbər lenti