AQTA üzüm bağlarında monitorinqlər aparıb
Agentliyin əməkdaşları tərəfindən Samux rayonunda “Kaberne”, “Şiraz”, “Mədrəsə”, “Şardone”, “Rkasiteli”, “Merlo”, “Saperavi” və s. üzüm sortları yetişdirilən 309 hektar (ha) texniki üzüm bağında monitorinq aparılıb.
Müşahidələr zamanı 24 ha “Rkasiteli” texniki sortu yetişdirilən üzüm bağının 1 hektarında Salxım yarpaqbükəni (Törədici Polychrosis botrane Schiff.) zərərvericisinə sirayətlənmə halları aşkar edilib.
Ərazidə Salxım yarpaqbükəni zərərvericisinə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib və bağ Agentliyin fitosanitar mütəxəssisləri tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, Salxım yarpaqbükəninin tırtılları üzümün yetişmə mərhələsində bir gilədən digərinə keçərək, məhsulun zədələnməsinə və çürüməsinə səbəb olur.
Azvision.az
Teqlər: AQTA