Kabildə ardıcıl 3 partlayış - 12 ölü, 30 yaralı

  25 İyul 2019    Oxunub : 725
Kabildə ardıcıl 3 partlayış - 12 ölü, 30 yaralı
Bu gün Əfqanıstanın paytaxtı Kabildə ardıcıl 3 partlayış baş verib.
Azvision.az "Reuters"ə istinadən xəbər verir ki, hökumət işçilərini daşıyan nəqliyyat vasitələrinin hədəf alındığı terror aktlarında azı 12 nəfər həlak olub.

"Taliban" qruplaşması tərəfindən törədilən partlayışlarda 30 nəfərin yaralandığı bildirilir. Yaralıların bəzilərinin vəziyyəti ağır olduğundan ölü sayının artacağı istisna olunmur.




Kənan Məmmədov
Azvision.az

Teqlər: Əfqanıstan   Kabil   Terror