İranda yol qəzası, 13 nəfər ölüb

İranda yol qəzası, 13 nəfər ölüb
  16 İyul 2019    Oxunub:1830
İranın mərkəzində yol-nəqliyyat qəzası nəticəsində 3-ü uşaq olmaqla 13 nəfər həlak olub.
Azvision.az İran mətbuatına istinadən xəbər verir ki, hadisə İsfahan vilayətində Honsar şəhərinin yaxınlığında baş verib.

Şəhər valisi Mənsur Kamal bildirib ki, qəzaya səbəb mikroavtobusun əyləc sisteminin tutmaması olub.

Nəticədə maşın yoldan çıxıb. Yaralıları xəstəxanaya yerləşdirmək üçün hadisə yerinə helikopterlər göndərilib.

Şahanə Rəhimli

Azvision.az






Teqlər: İran   Qəza  





Xəbər lenti