İyunda gündəlik neft hasilatı 768 min barrel olub

İyunda gündəlik neft hasilatı 768 min barrel olub
  10 İyul 2019    Oxunub:1839
Respublikada iyun ayı üzrə gündəlik neft hasilatı 768 min barrel olub. Bunun 695 min barrelini xam neft, 73 min barrelini kondensat təşkil edib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, gündəlik 471 min barrel xam neft, 72 min barrel kondensat, 19,2 min barrel isə neft məhsulları ixrac edilib. Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında orta gündəlik neft hasilatı 771 min barrel təşkil edib.

Energetika Nazirliyi iyun ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti cari ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

Azvision.az


Teqlər: Neft   Energetika  





Xəbər lenti