İsmayıl Hüseynov Xızıda vətəndaşlarla görüşəcək

İsmayıl Hüseynov Xızıda vətəndaşlarla görüşəcək
  08 İyul 2019    Oxunub:1667
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynovun iyulun 26-da Xızı rayonuna təyin olunmuş qəbulu iyulun 12-ə keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, qəbul iyulun 12-də saat 11:00-da Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küç. 37) keçiriləcək.

Qəbul zamanı yalnız Xızı rayonunun sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Azvision.az


Teqlər: DGK   Xızı  





Xəbər lenti