"Ərazi bütövlüyümüzün qorunması xarici siyasətin əsasını təşkil edir" - Nazir
"Bu gün biz diplomatiyamızın yaranmasının 100 illiyini qeyd edirik. Əlimərdan bəy Topçubaşov diplomatiyamızın yaranmasına çox böyük töhfə verib. Çətinliklərə rəğmən o insanlar göstərdilər ki, Azərbaycan diplomatiyası mövcuddur. Təkcə Paris sülh konfransına getmək üçün onlar İstanbulda 2 aydan artıq viza alınmasını gözləyiblər. Onlar Parisdə ABŞ prezidenti Vudro Vilsonla görüşdülər. Hesab edirəm ki, bütün bunlar çox vacib idi".
H.Paşayev qeyd edib ki, müasir Azərbaycan diplomatiyasının tarixi 30 ildir: "Müasir tariximizdə Heydər Əliyev ən vacib və ən böyük diplomat olaraq xidmətlər göstərib. Bizim xoşbəxt və stresli vaxtlarımız olub. Diplomatiyamız bir sıra nəaliyyətlərə imza atılıb. Qeyd edim ki, təkcə 2004-cü ildə ölkəmizdəki xarici diplomatların sayı iki qat artıb"
Azərbaycanın diplomatiya tarixinə nəzər salan xarici işlər naziri Elmar Məmmədyarov isə söyləyib: "1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul edilib. Elə bu səbəbdən də biz diplomatiyamızın yaranmasını bu tarixdən götürürük".
E.Məmmədyarov vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin, suverenliyini gücləndirilməsi, ərazi bütövlüyünün bərpası xarici siyasətin ən başlıca prioritetləridir: "1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin bir sıra ölkələrdə diplomatik nümayəndəliyi fəaliyyət göstərib. Bu ölkələr arasında Ukrayna, Polşa, Gürcüstan, İran, Fransa, Polşa, hətta Ermənistan olub".
Daha sonra çıxış edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin vurğulayıb ki, prezident İlham Əliyev islahatçı tədbirləri ilə Azərbaycanı güclü dövlətə çevirib: "Bu gün Azərbaycan regional və beynəlxalq layihələr icra edən ölkəyə çevirilib. Bütün bunların əldə olunmasında Prezident İlham Əliyevin müstəsna xidmətləri var".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Diplomatik ADA Tədbir