Pərviz Şahbazovla italiyalı rəsmilərlə görüşüb
Nazir İtaliya ilə iqtisadi tərəfdaşlıqda enerji sektorunun vacib rolunu diqqətə çatdıraraq, TAP layihəsinin İtaliya istehlakçıları üçün faydalarından bəhs edib.
“Cənub Qaz Dəhlizi”nin hər iki ölkə üçün əhəmiyyət daşıdığını vurğulayan nazir müavini Quqlielmo Pikki TAP-ın enerji resurslarının şaxələndirilməsində rolunu yüksək qiymətləndirib və layihənin vaxtında başa çatması üçün mövcud dəstəyi diqqətə çatdırıb.
Görüşdə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın cari ildə keçiriləcək 5-ci iclasına hazırlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Azvision.az
Teqlər: Energetika İtaliya