DİM canlı yayım edəcək

DİM canlı yayım edəcək
  07 İyul 2019    Oxunub:4661
İyulun 7-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahanlar keçirilir.
DİM-dən Azvision.az -a bildirilib ki, imtahanlardan sonra saat 16:00-da DİM-in “YouTube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək. Mərkəzin məsul əməkdaşları və ekspertlər imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı ətraflı məlumat verəcəklər.

Azvision.az


Teqlər: DİM   İmtahan   Canlı  





Xəbər lenti