Oğuz və Qəbələdə yük maşınları yanıb

Oğuz və Qəbələdə yük maşınları yanıb
  07 İyul 2019    Oxunub:2178
Oğuz rayonunun Böyük Söyüdlü kəndində “МАЗ” markalı yük avtomobilinin kabinə hissəsi yanıb, qalan hissələri yanğından mühafizə olunub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qəbələ rayonunun Kürd kəndində isə “ГАЗ” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 2.2 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: Oğuz   Qəbələ   FHN  





Xəbər lenti