Lənkəranda minik və yük avtomobilləri toqquşub, ölən var

 Lənkəranda minik və yük avtomobilləri toqquşub, ölən var
  07 İyul 2019    Oxunub:1338
Lənkəranda şəhərində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərinin Gərmətük qəsəbəsində “ГАЗ” markalı yük avtomobili və “Mersedes” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri aşmış yük avtomobilinin altından sürücü 1993-cü il təvəllüdlü Tahirov Hakim Mübariz oğlunun meyitini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza   Lənkəran  





Xəbər lenti