“Aqrar tədarük və təchizat” ASC-nin Nizamnaməsi təsdiq olunub

   “Aqrar tədarük və təchizat” ASC-nin Nizamnaməsi təsdiq olunub
  06 İyul 2019    Oxunub:2325
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov “Aqrar tədarük və təchizat” ASC-nin Nizamnaməsinin təsdiq edilməsi barədə qərar imzalayıb.
Azvision.az xəbər verir ki, qərara əsasən ASC-nin nizamnamə kapitalı 6000000 (altı milyon) manat həcmində müəyyənləşdirilib.

Qərarda qeyd olunur ki, cəmiyyətin nizamnamə kapitalı bu Nizamnaməyə uyğun olaraq cəmiyyətin mülkiyyətinə verilən və qanunla müəyyən edilən qaydada qiymətləndirilən aktivlərin balans dəyərindən təşkil olunacaq.

ASC-nin əmlakı isə əsas fondlardan, dövriyyə vəsaitlərindən, digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir.

Bundan başqa qərarda bildirilir ki, Cəmiyyət müstəqil büdcəyə malikdir. Cəmiyyətin büdcəsi maliyyə ilinin başlamasından əvvəl Kənd Təsərrüfatı naziri tərəfindən təsdiq ediləcək.

“Aqrar tədarük və təchizat” ASC-nin Nizamnaməsinin tam mətni ilə BURADAN tanış olmaq mümkündür.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   ASC   Ərzaq   Aqrar  





Xəbər lenti