Nazir ikitərəfli görüşlər keçirib - FOTO

   Nazir ikitərəfli görüşlər keçirib -    FOTO
  06 İyul 2019    Oxunub:1493
Xarici İşlər naziri Elmar Məmmədyarov Sakit okean Alyasının Limada keçirilən 14-cü Zirvə toplantısı çərçivəsində Yaponiya Xarici İşlər nazirinin müavini Kiyoto Tsuji, Kolumbiyanın Xarici İşlər naziri Karlos Holmes Truxiyo Garsia və Kosta Rikanın Xarici Ticarət nazirinin müavini Duayner Salas Çaverri ilə görüşlər keçirib.
Azərbaycan Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Tərəflər ikitərəfli əlaqələrin inkişafı baxımından müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Habelə Xarici İşlər Nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin keçirilməsinə dair razilıq ifadə ediblər.

Görüşlər zamanı, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərə dair müzakirələr





Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti