Bakı polisi küçə ticarətçilərinə müraciət etdi
“Qida məhsullarının dövriyyəsi zamanı insanların təhlükəsizliyinə olan gigiyenik tələblərə əməl olunmur. Nəticədə paytaxtın bir sıra məhəllə və küçələrində antisanitar vəziyyət yaranır, qida məhsullarının sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulması sakinlərin narazılığına səbəb olur.
Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, əhali və satıcılar üçün əlverişli ticarət mühitinin formalaşdırılması, sui-istifadə hallarının aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülür. Satıcılara tövsiyə olunur ki, ancaq bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılan digər yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirsinlər”.
Onun sözlərinə görə, polis satıcıları müvafiq qaydalara uyğun olaraq ticarət fəaliyyəti ilə məşğul olmalarına etiraz etmir, müəyyən olunan normalara əməl etməyə çağırır.
Azvision.az