6 ayda 838 nəfər peşə hazırlığına cəlb edilib
Qeyd olunan dövrdə 156 nəfər gənc isə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. Burada həmin gənclər müxtəlif peşələr üzrə bilik və bacarıqlara yiyələnməklə yanaşı, peşə təlimi müddətində onların sosial reabilitasiya yönümlü müxtəlif tədbirlərə cəlb edilməsi işləri də aparılıb.
Ümumilikdə kurslara cəlb edilənlərin 174-ü əlilliyi olan şəxslərdir. Kurslarda Təhsil Nazirliyinin təsdiq etdiyi plana uyğun şəkilldə peşə bilik və bacarıqları tədris olunub. Hər bir kursun yekununda məzunlara peşə sertifikatları təqdim edilir.
Azvision.az