Əbülfəs Qarayev Pires ilə görüşüb

Əbülfəs Qarayev Pires ilə görüşüb
  06 İyul 2019    Oxunub:2030
Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 5-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Braziliyanın mədəniyyət məsələləri üzrə katibi (nazir) Henerique Pires ilə görüşüb.
Azvision.az xəbər verir ki, Əbülfəs Qarayev ölkəmizin mədəni irsi haqqında söhbət açıb. Bildirib ki, mədəniyyətimizin daha da inkişaf etdirilməsi və dünyada təbliği dövlətin əsas prioritetlərindən biridir. Bunun üçün müxtəlif layihələr həyata keçirilir, festivallar təşkil olunur.

Nazir iki ölkə arasında əlaqələrə toxunaraq mədəniyyət, xüsusilə musiqi, kino sahəsində əlaqələrin inkişafının böyük perspektivləri olduğunu deyib.

Henerique Pires ölkəmizin zəngin mədəniyyəti ilə bağlı məlumatlı olduğunu bildirib. O, Braziliyada Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindən biri olan “Əli və Nino” romanının çox sevildiyini, əsərin portuqal dilində artıq ikinci nəşrinin hazırlandığını diqqətə çatdırıb.

Qonaq mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edərək, bu xüsusda qarşılıqlı səfərlərin təşkilinin vacibliyini də vurğulayıb. O, həmçinin Ümumdünya İrs Komitəsinin Bakı sessiyasının dünyada mədəni irsin qorunmasına töhfə verəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: Əbülfəs-Qarayev  





Xəbər lenti