Dərslik komplektlərinin monitorinqi aparılıb

Dərslik komplektlərinin monitorinqi aparılıb
  05 İyul 2019    Oxunub:1462
İyulun 1-dən 5-dək Dövlət İmtahan Mərkəzində (DİM) ümumtəhsil müəssisələrinin I, IV, VII və VIII sinifləri üzrə 2019/2020-ci tədris ili üçün hazırlanmış dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) monitorinqi aparılıb.
DİM-dən Azvision.az -a bildirilib ki, monitorinq nəticəsində hər bir dərslik komplekti üzrə (Azərbaycan və rus dillərində) məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından yekun rəylər hazırlanıb.

Qeyd olunan tarixlərdə DİM tərəfindən ingilis dili, Azərbaycan dili, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə dərsliklər əsasında hazırlanmış qiymətləndirmə tapşırıqları kitabçalarının təkmilləşdirilməsi ilə bağlı müzakirələr də keçirilib. Müzakirəsi başa çatmış kitabçalar “Abituriyent” jurnalının redaksiyasına təhvil verilib.

Həmçinin yeni layihə – imtahan fənləri üzrə məktəb dərsliklərinin mövzuları əsasında hazırlanmış qiymətləndirmə materiallarının müzakirəsi aparılıb. Yaxın vaxtlarda bu materiallar otk.az saytında yerləşdiriləcək.

Azvision.az



Teqlər: Dərslik  





Xəbər lenti