Komitəyə 16 mindən çox şəxs müraciət edib
Müvafiq dövr ərzində Çağrı Mərkəzinə 11 min 700-ə yaxın sorğu tipli, 500-ə yaxın araşdırılması tələb olunan müraciət daxil olub. Sorğuların mövzuları əsasən, ərizə və məktubların icrası, daşınmaz dövlət əmlaklarının özəlləşdirilməsi, əmlakların dövlət qeydiyyatına alınması, elektron xidmətlər və digər məsələlərlə bağlıdır.
Çağrı Mərkəzinə edilən müraciətlərin regionlar üzrə statistikasına baxdıqda 9 min 800-ə yaxın müraciət Bakı şəhərindən, 2 min 300-ə yaxın müraciət isə regionlardan ünvanlanıb. Bütün məlumat resursları ilə daxil olan hər bir müraciət qanunvericiliyə uyğun formada cavablandırılıb və ya həlli üçün struktur bölmələrə yönləndirilib.
Qeyd edək ki, 193 Çağrı mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri saat 9.00-dan 18.00-dək, səsli menyu rejimi isə iş vaxtından sonra, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.
Azvision.az