Azay Quliyev ATƏT PA-da erməniləri susdurdu - VİDEO
Komitə iclasında çıxış edən Azay Quliyev açıq şəkildə bəyan edib ki, ATƏT-in müvafiq sənəd və qərarlarına uyğun olaraq, ATƏT-in bütün prinsip və öhdəlikləri uzanmüddətli münaqişələrə münasibətdə bərabər və qəti şəkildə tətbiq edilməlidir. Bu məsələyə dair fərqli yanaşma irəli sürmək güc tətbiqinin beynəlxalq hüquq normalarından üstün olmasının tanınması və ATƏT-in prinsip və öhdəliklərinin pozulması nəticəsində yaranan vəziyyətin qəbul edilməsi mənasına gətirib çıxarır.
Qeyd edək ki, ermənilər və erməni lobbisi qətnamənin bu məzmunda qəbulunu heç cür qəbul etmir, 10-cu maddənin ləğvi ilə bağlı ciddi və fasiləsiz iş aparırlar. Təsadüfi deyil ki, Azay Quliyev deputatlara müraciət edərək 10-cu maddənin ilkin redaktəsini dəstəkləməklərini istəmiş və "Biz Gürcüstan, Azərbaycan, Moldova və Ukraynanın ərazilərindəki uzanan münaqişələrin həllində hər hansı bir istisna və ya ikili yanaşmaya yol verə bilmərik”- deyib. Hazırda Komitə iclasında gərgin müzakirələr gedir.
Azvision.az
Teqlər: ATƏT Azay-Quliyev