Dondurma sexində ürəkbulandıran mənzərə - FOTOLAR
Dondurma istehsalı müəssisəsində ventilyasiya sisteminin təmin edilmədiyi və istehsal sahəsində antisanitar şəraitin hökm sürdüyü aşkar edilib. Müəssisədə istifadə olunan çənlərin və avadanlıqların dezinfeksiyasının aparılmadığı, qida məhsulları ilə birbaşa təmasda olan ləvazimatların yeyinti sənayesində istifadə olunmasının qadağan olunduğu müəyyən edilib. Baxış zamanı emal sahəsində istifadə olunan xammal, su, vafli və digər inqridiyentlərin laborator analizlərinin aparılmadığı və mənşəyinin məlum olmadığı aşkarlanıb.
Aşkar olunan nöqsanlar əsasında dondurma istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində aidiyyəti qurumlarla birgə tədbirlər davam etdirilir.
Azvision.az
Teqlər: AQTA