Narkotik istifadəçisi olan 20 polis işdən çıxarılıb
2018-ci il ərzində daxili işlər orqanları əməkdaşları tərəfindən qanun pozuntusuna yol verilməsi ilə bağlı 370 fakt qeydə alınıb, buna görə 487 nəfər əməkdaş müvafiq qaydada cəzalandırılıb, onlardan 92 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub.
O cümlədən, ötən il ərzində polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı 297 fakt qeydə alınıb, bu cür neqativ hərəkətlərinə görə 400 nəfər əməkdaş intizam məsuliyyətinə cəlb olunub, onlardan 27 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub.
2018-ci il ərzində ümumilikdə, 296 nəfər əməkdaş mənfi motivlərlə, o cümlədən narkotik vasitələrdən qanunsuz istifadə etdiklərinə görə 20 nəfər, spirtli içkilərə aludəçilik etdiklərinə görə isə 10 nəfər əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Azvision.az