Energetika naziri Robert Sekuta ilə görüşüb
Energetika naziri ABŞ-ın Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə, o cümlədən “Cənub Qaz Dəhlizi”nə dəstəyini yüksək qiymətləndirib. Nazir bu əməkdaşlığın Avropalı istehlakçılara tezliklə yeni mənbədən qazın çatdırılmasına və diversifikasiya məqsədinə töhfə verdiyini deyib.
Energetika naziri həmçinin, hazırda bərpa olunan enerji sahəsində və energetika sektorunun liberallaşması istiqamətində qarşıda duran vəzifələr və görülən işlər barədə də ətraflı məlumat verib.
Azvision.az
Teqlər: Energetika Azərbaycan