Prezident daha bir Xalq artistinə ev hədiyyə etdi - VİDEO

 Prezident daha bir Xalq artistinə ev hədiyyə etdi -  VİDEO
  05 İyul 2019    Oxunub:9938
Prezident İlham Əliyev Xalq artisti Məmmədsəfa Qasımova 3 otaqlı mənzil hədiyyə edib.
Bu barədə Azvision.az -a aktyor özü məlumat verib. O bildirib ki, ölkə başçısının hədiyyə etdiyi mənzil Lökbatan qəsəbəsində, "Binə" ticarət mərkəzinin yaxınlığında yerləşir.



“Mən cənab Prezidentə, nazir Əbülfəs Qarayevə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar ki, məni, ailəmi sevindirdilər. İndi həmin evdəyik", - aktyor deyib.

Qeyd edək ki, Məmmədsəfa Qasımov Yuğ Teatrının aktyorudur. O, həmçinin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Xalq-Artisti   Mənzil   Prezident  





Xəbər lenti