800 min hektara yaxın ərazidə taxıl biçilib
Ağdam, Bərdə, Biləsuvar, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab və Ucarda taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Neftçala, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Ağcabədi ərazisində arpa əkilmiş 6672 hektar sahənin 6666 hektarı artıq biçilib, buğda əkilmiş 22503 hektar sahənin 22218 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 32,7 s/ha, buğda üzrə məhsuldarlıq 35,6 s/ha təşkil edir. Oğuz rayonu ərazisində arpa əkilmiş 4118 hektar sahənin 4100 hektarı artıq biçilib, buğda əkilmiş 11969 hektar sahənin 10700 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,8 s/ha, buğda üzrə məhsuldarlıq 31 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Neftçala, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib.
Azvision.az
Teqlər: KTN