Azərbaycan-Hindistan biznes forumu keçirilib
Təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verən AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev indiyədək hər iki tərəfdən işgüzar dairələrin iştirakı ilə biznes forum və işgüzar görüşlər keçirildiyini, Hindistan şirkətlərinin istehsal etdiyi məhsulların Azərbaycanda sərgilərinin təşkil olunduğunu qeyd edib. Azərbaycan və Hindistan iş adamları arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayan Y.Abdullayev iş adamlarını qarşılıqlı əməkdaşlığı genişləndirməyə çağırıb.
Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitinin hindistanlı iş adamları üçün geniş imkanlar açdığını qeyd edib, iqtisadi-ticarət sahəsində əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Biznes forumda iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Azvision.az