Baş nazir istefa verdi

Baş nazir istefa verdi
  27 Noyabr 2013    Oxunub:1449
Latviyanın baş naziri Valdis Dombrovkis Riqadakı ticarət mərkəzində baş verən faciə ilə əlaqədar belə addım atdığını bildirib
Azvision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Latviyanın baş naziri Riqanın Maksima ticarət mərkəzində baş verən faciə ilə əlaqədar istefa verib. Bu barədə o, Litva prezidenti Andris Berzinşlə görüşü zamanı məlumat verib.
Baş nazir baş verənlərə görə bütün siyasi məsuliyyəti öz üzərinə götürdüyün bəyan edib. Məsələ ilə bağlı Valdis Dombrovski tezliklə geniş mətbuat konfransı keçirəcəyinə də söz verib.

Xatırladaq ki, noyabrın 21-də Riqada ticarət mərkəzinin damının çökməsi nəticəsində 54 nəfər həlak olub, 40 nəfər isə müxtəlif dərəcəli xəsatər alıb. Bu hadisə müasir Latviya tarixinin ən qanlı faciəsi hesab olunur.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti