Monroz "Neftçi"də - Rəsmi

Monroz "Neftçi"də -    Rəsmi
  16 İyun 2019    Oxunub:2169
"Neftçi" mövsümün sonunda "Qəbələ"dən ayrılan Stiven Jozef-Monrozun keçidini rəsmiləşdirib.
Azvision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransız futbolçu ilə 2 il müddətinə müqavilə bağlanıb.

28 yaşlı hücumçu "ağ-qaralar"ın heyətində 28 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Qəbələ” (2017-2019) olan Monroz Fransanın "Lans” (2008-2011), "Şatoru” (2010), "Brest” (2015-2017), Belçikanın "Kortreyk” (2011-2012) və "Genk” (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan (2019) kubokunun qalibi olan futbolçu Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət milli komandalarında oynayıb.

Azvision.az


Teqlər:





Xəbər lenti