Tailandda inqilab başlayır

Tailandda inqilab başlayır
  27 Noyabr 2013    Oxunub:1021
Müxalifətin çağırışı ilə yüz minlərlə insan küçələrə çıxıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tailandda baş nazir Yinqlak Çinavatın istefası tələbi ilə 400 mindən çox etirazçı Banqkokda etirazlara başlayıb. Ölkə müxalifətinin lideri, Demokratik Partiyanın sədri Sutxel Tkıaksubanın başçlığı ilə başlayan dinc yürüş bütün nazirliklərin işini iflic edib. Yerləri açıqlanmasa da əksər nazirliklər alternativ qərargahlarda fəaliyyətlərini bərpa ediblər.

Tailand Xüsusi Araşdırmalar Departamenti fəaliyyətini dayandıraraq bütün əməkdaşlarını binadan evakuasiya edib. Banqkok Cinayət Məhkəməsi isə müxalifət lideri “dövlət müəssisələrinin zəbti” ittihamı ilə Sutxel Tkıaksubanın həbsinə qərar verib.

Xatırladaq ki, ölkənin hazırki baş naziri Yinqlak Çinavat 2006-cı ildə hərbi çevriliş nəticəsində devrilən sabiq Tailand baş naziri Taksin Çinavatın doğma bacısıdır.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti