Nyu-Yorkda aclıq başlayır

Nyu-Yorkda aclıq başlayır
  27 Noyabr 2013    Oxunub:858
Nyu-yorkda hər 6-cı böyük və 5-ci uşaq acında ölür
ABŞ-ın nəhəng meqapolisi Nyu-Yorkda hər 6 böyükdən biri və hər 5-ci uşaq aclıqdan əziyyət çəkir. Bu barədə New York City Coalition Against Hunger-Aclığa Qarşı Nyu-York Şəhər Koalisiyasının hesabatında bildirilir.

2010-2012-ci ilin sənədlərini araşdırarkən mütəxəssislər belə bir nəticəyə gəliblər ki, meqapolisin əhalisinin təxminən 16%-i (1,4 milyona yaxın) qida çatışmazlığından əziyyət çəkir, onların 406,260 mini uşaqlardır. Bu barədə AzVision.az rus mətbuatına istinadən məlumat verir.

21,85% uşaq aztəminatlı ailədə yaşayır. 2012-ci ildə Nyu-Yorkda yoxsulluq həddindən aşağı yaşayan insanların sayı 1,7 milyon nəfər çatıb ki, bu da 2008-ci illə müqayisədə 100 min nəfər çoxdur.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti