İngiltərə də miqrasiyanı məhdudlaşdırır

İngiltərə də miqrasiyanı məhdudlaşdırır
  27 Noyabr 2013    Oxunub:896
Devid Kemeron xüsusən, Rumıniya və Bolqarıstandan köçənlərdən narahatdır.
AzVision.az Qərb mətbuatına istinadən xəbər verir ki, “Financial Times” qəzetinə müsahibəsində Böyük Britaniya əhalisinin, xüsusən Bolqarıstan və Rumıniyadan olan miqrant axınından “dərin narahatlıq” hissi keçirdiyini bildirib. Bu səbəbdən də Kemeron Avropa Birliyinin az inkşaf etmiş ölkələrindən Böyük Britaniyaya mühacirət edənlərin sayının məhdudlaşdırılmasını təklif edir. Onun sözlərinə görə, əgər rəhbərlik etdiyi Konservantlar partiyası 2015-ci il parlament seçkilərindən sonra da hakimiyyətdə qalsa, hökumət bu sahədə qanunlar qəbul edəcək. Qanunlar ilk növbədə Şərqi Avropa ölkələrinə və Avropa Birliyinin yeni üzvlərinə qarşı yönələcək.

Qeyd edək ki, 2014-cü ilin sonlarından başlayaraq Bolqarıstan və Rumıniya vətəndaşları Böyük Britaniyaya sərbəst daxil olmaq hüququ qazanacaqlar. Xatırladaq ki hər iki ölkə 2007-ci ildə Avropa Birliyinə üzv qəbul olunub.
Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti