Ali Məhkəmənin qərardadı ləğv edilib

Ali Məhkəmənin qərardadı ləğv edilib
  11 İyun 2019    Oxunub:1784
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iclasda Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 6 fevral tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin nümayəndəsinin yazılı çıxışını, ekspertin yazılı rəyini işin materialları ilə birlikdə araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 2017-ci il 14 fevral tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icra edilməsi barədə 2019-cu il 6 fevral tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 462-ci və 465.1.5-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azvision.az


Teqlər: Ali-Məhkəmə   Qərardad  





Xəbər lenti