Bakıdakı avtobus qəzasının səbəbi açıqlandı

  11 İyun 2019    Oxunub : 1569
 Bakıdakı avtobus qəzasının səbəbi açıqlandı
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb.
Agentlikdən Azvision.az -a bildirilib ki, paytaxtın Zığ yolunda fiziki şəxs Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 104 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Daşıyıcının verdiyi məlumata əsasən, saat 16:40 radalərində Zığ yolunda evakuator avtomobili 104 nömərli müntəzəm marşrut üzrə hərəkət edən 90 RZ 540 DQN nömrəli avtobusu arxadan vurub. Hadisə ilə əlaqədar daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb və müvafiq araşdırma aparılır.

Xatırladaq ki, qəza nəticəsində avtobusda olan 4 sərnişin xəsarət alıb.

Azvision.az

Teqlər: Qəza