İlham Əliyev Putinə məktub göndərdi

  11 İyun 2019    Oxunub : 1596
 İlham Əliyev Putinə məktub göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir: "Hörmətli Vladimir Vladimiroviç.

Dövlət bayramınız – Rusiya Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiyanın bütün xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Rusiyanı ənənəvi sıx dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri bağlayır. Sevindirici haldır ki, xalqlarımızın iradəsini əyani şəkildə ifadə edən bu münasibətlər indi strateji tərəfdaşlıq xarakteri kəsb edir. Ölkələrimizin ən geniş spektrli məsələlər üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur.

Əminəm ki, Azərbaycan ilə Rusiya arasında hərtərəfli və çoxplanlı əməkdaşlıq xalqlarımızın və ölkələrimizin mənafeyi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə bundan sonra da durmadan inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün rusiyalılara sülh və firavanlıq arzu edirəm".

Azvision.az

Teqlər: İlhamƏliyev   Putin   Təbrik