Berlin ABŞ-dan izahat istəyir
AzVision.az dpa agentliyinə istinadən xəbər verir ki, ABŞ senatorları və konqresmenlərdən ibarət nümayəndə heyəti bazar ertəsi, noyabrın 25-də Berlində xarici işlər naziri Gido Vestervelle, daxili işlər naziri Hans-Peter Fridrix və Bundestaqın bəzi deputatları ilə görüşlər keçirib.
Almaniya hökumətinin başçısı isə amerikalılarla görüşməyə vaxt tapmayıb.
Almaniyalı siyasətçilər vurğulayıblar ki, yaranmış vəziyyəti nizamlamaq üçün Amerika tərəfi “xüsusi səy göstərməli” olacaq. Gido Vestervelle bildirib ki, o, ABŞ-dan “əvvəllər edilən bütün əməllərə aydınlıq gətirilməsini, habelə gələcək üçün dəqiq qaydalar müəyyən edilməsini” gözləyir. Bundestaqın deputatları Amerika nümayəndələrinə eyhamla başa salıblar ki, casuslarla bağlı qalmaqal hələ başa çatmayıb və Almaniya tərəfi Birləşmiş Ştatlardan yeni izahatlar gözləyir.