Metroda 30 köhnə vaqon istismardan çıxarılacaq
Onun sözlərinə görə, cari il ərzində köhnə vaqonlar 30 yeni vaqonla əvəzlənəcək. Yeni nəsil vaqonlar bir çox parametrləri ilə digər vaqonlardan seçilir.
"Vaqonların arasının açıq olması ilk növbədə sərnişinlərin bərabər və sərbəst paylanmasını təmin edir. Bu vaqonlar, həmçinin səs və istilik izolyasiyası ilə təmin olunub. Sərnişinlərin ən çox narahat edən məsələlərdən biri kondisioner və ventilyasiya məsələsidir ki, yeni vaqonlar kondisioner və havalandırma sistemləri ilə təchiz olunub. Alınan yeni vaqonlar sınaq-sazlama işləri və sınaq yürüşləri başa çatdıqdan sonra istismara veriləcək", - deyə H. Məmmədov qeyd edib.
Anar Kəlbiyev
Azvision.az