Timoşenkonun qızı: anam ölə bilər

Timoşenkonun qızı: anam ölə bilər
  26 Noyabr 2013    Oxunub:1019
`Almaniya anamın son şansıdır`.
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko müddətsiz aclıq elan edib. AzVision.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, Y.Timoşenko hökumətdən Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi imzalamağı tələb edib.

Bu arada sabiq baş nazirin qızı Yevqeniya, Bild jurnalına müsahibəsində anasının ölüm təhlükəsi ilə üz-üzə olduğunu və Almaniyanı “onun son şansı” adlandırıb.



“Kansler Merkel güzəştə getməməlidir. Əgər mənim anam tezliklə azad edilməzsə, öləcək... Onu qəsdən müalicə etmirlər. Anamı mümkün qədər tez bir zamanda xaricə aparmaq lazımdır. Bilmirəm bundan sonra o daha nə qədər tab gətirə biləcək, dözə biləcəkmi...”,-deyə Timoşenkonun qızı bildirib.

Qeyd edək ki, 7 il müddətinə azadlıqdan məhrum edilən Y.Timoşenko hal-hazırda xəstəxanadadır.

AzVision.az


Teqlər:  





Xəbər lenti