Ermənistanla sərhəddə atışma - 2 nəfər ölüb

Ermənistanla sərhəddə atışma - 2 nəfər ölüb
  26 Noyabr 2013    Oxunub:1291
Öldürülənlərin milliyyətcə gürcü olduğu bildirilir.
AzVision gürcü mətbuatına istinadən xəbər verir ki, Ermənistan-Gürcüstan sərhədinin “Sadaxlo” nəzarət-buraxılış məntəqəsində ötən gün axşam atışma olub.

Hadisə nəticəsində güllə yarası alan 3 nəfərdən 2-si, Georq Piraşvili və Meqrab Kandaladze xəstəxanada ölüblər. Kvemo-Kartli polisi hadisəni törətməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb.

Onların Marneuli rayon sakinləri olduğu və hadisənin kriminal qruplar arasındakı qarşıdurmadan qaynaqlandığı bildirilir.

Faktla bağlı cinayət işi açılıb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti