Avropa Birliyi Rusiyanı tənqid etdi

Avropa Birliyi Rusiyanı tənqid etdi
  25 Noyabr 2013    Oxunub:1051
«Avropa Birliyi ilə Ukrayna arasında assosiativ üzvlük və azad ticarət zonası barədə razılaşmanın imzalanması aktuallığını saxlayır».
AzVision Avropa Komissiyasının saytına istinadən xəbər verir ki, bu barədə Avropa Kommisarı Joze Manuel Borrozo və Avropa Birliyi Şurasının sədri German van Rompey birgə sənəddə qeyd ediblər. Sənəd Ukrayna hökümətindən siyasi iradə və 2012-ci ildə üzərinə götürdüyü öhdəkilərə uyğun proqress gözləyir.

Digər tərəfdən avropalı rəsmlər Rusiyanın Ukraynaya etdiyi təzyiqləri pisləyib. «Şərq tərəfdaşlarımızla qonşuluq münasibətlərimizin inkşafına digər qonşuları, Rusdiya mane olur. Ukrayna istədiyi ölkə ilə münasibət qurmaqda sərbəstdir və Avropa Birliyi Rusiyanın məsələdəki mövqeyi və addımları ilə kateqorik olaraq razı deyil».

Bundan başqa sənəddə qeyd olunur ki, «Şərq Tərəfdaşlığı» hər kəs üçün sərfəli əsnada yaradılıb və Avropa Birliyi Rusiyaya qarşılıqlı maraqlar barədə məlumat verməyə hazırdır.
Xatırladaq ki, noyabrın 28-dən 29-a kimi Litvanın paytaxtı Vilnüs şəhərində Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» çərçivəsində sammiti keçiriləıcək. Sammitdə Ukraynanın birliklə assosiativ üzvlük barədə razılaşama imzalamsı gözlənilsə də noyabrın 21-də ölkənin Nazirlər Kabineti razılaşma ilə bağlı danışıqların dayandırılması barədə qərar çıxarıb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti