Nişanlısına maşın-maşın pul göndərdi

Nişanlısına maşın-maşın pul göndərdi
  25 Noyabr 2013    Oxunub:3650
Çinli bəy nişanlısına 100 kiloqramdan artıq pul hədiyyə edib.
Bununla yanaşı o, sevgilisinə 88 milyon yuan (təxminən 1,5 milyon dollar) nəğd pul da göndərib.

Təxminən 102 kiloqram çəkisi olan pul kütləsi bambuk və karton qutulara yığılaraq maşınlarla qız evinə göndərilib. Gəlinin öz nişanlısının hədiyyəsini necə qəbul etməsi barədə məlumat verilmir. Lakin məlumdur ki, hər iki gənc Çjeçzyan vilayətindən olan imkanlı ailələrin övladlarıdır.

Xarici mətbuat qeyd edir, ölkənin şərqindəki Çjeçzyan vilayətində toylarda bahalı və zəngin hədiyyələr bəxş etmək adəti geniş yayılıb. Buna baxmayaraq bəzi internet istifadəçiləri çinli bəyin hədiyyəsini israfçılıq kimi qələmə verirlər. «Əgər onlar bir-birini sevirlərsə, belə bədxərcliyə ehtiyac yox idi» - deyə varlı bəyin tənqidçilərindən biri qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti