Şotlandiya müstəqil olacaq

Şotlandiya müstəqil olacaq
  25 Noyabr 2013    Oxunub:1220
Şotlandiya müstəqil olacağı günü açıqladı
Əgər 2014-cü il sentyabrın 18-də keçirilən referendumda şotlandiyalıların əksəriyyəti Böyük Britaniyadan ayrılmağın lehinə səs versə, Şotlandiya 2016-cı il martın 24-də müstəqil olacaq. AzVision.az bu barədə BBC-yə istinadən məlumat verir.

Noyabrın 26-da yerli hökumət Birləşmiş Krallığın bu hissəsininayrıca bir dövlətə çevrilməsi ilə bağlı sənədi - “Ağ Kitabı” Endinburqda təqdim edəcək. “Ağ Kitabı”da Şotlandiyanın iqtisadi, sosial və demokratik prinsipləri göstərilir. 670 səhifəlik kitabda həmçinin Şotlandiyanın güclü maliyyə sahələri göstərilib və müstəqillik prosesi ətraflı təsvir olunub.

Elektron versiyası ilə yanaşı kitabın 20 min nüsxəsi çap olunub və tanış olmaları üçün əhaliyə paylanılacaq.

Qeyd edək ki, 24 martın müstəqillik günü olaraq seçilməsi təsadüfü deyil, belə ki, həmin gün 1603-cü ildə “ Britaniya ittifaqı” yaradılmışdı. Razılaşmaya əsasən İngiltərə ilə Şotlandiya vahid sülalə ittifaqında birləşdi. Bu ittifaq çərçivəsində hər iki krallıq 100 ildən çox müstəqil qaldı.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti