Türkiyə və Avropa İran-Qərb anlaşmasını alqışladı

Türkiyə və Avropa İran-Qərb anlaşmasını alqışladı
  25 Noyabr 2013    Oxunub:1040
Ankara İranla “altılıq” ölkələri arasında bu gün Cenevrədə imzalanmış sənədi alqışlayır. AzVision.az xəbər verir ki, bu barədə “Todays Zaman” qəzetinin məlumatında deyilir.

“Mən Tehranın nüvə proqramı ilə bağlı imzalanan anlaşmanı alqışlayıram”. Bunu Türkiyə prezidenti Abdulla Gül öz Twitter səhifəsində yazıb.

“Türkiyə Cenevrə danışıqlarının üçüncü raundunda İranın nüvə proqramı ilə bağlı müsbət nəticə əldə olunmasından məmnundur. Bununla əlaqədar biz İranı və “altılıq” ölkələrini onların konstruktiv səyləri ilə bağlı təbrik edirik”. Bu sözlər isə Türkiyə XİN-in olayla bağlı yaydığı açaıqlamada əksini tapıb.

Eləcədə Avropa Komissiyasının prezidenti konstruktiv əhval ruhiyyədə danışıqların davam etdirməsini vacib adlandırıb. Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo Cenevrədə İranın nüvə proqramı ilə bağlı əldə edilən razılaşmanı dünyada stabillik və təhlükəsizliyin təminatı üçün əhəmiyyətli addım hesab edir. Bu barədə onun AK-nin saytına yerləşdirilən bəyanatında deyilir.


Cenevrədə keçirilən danışıqlar prosesində İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair razılıq əldə edilib. Razılaşmaya əsasən İran nüvə proqramı çərçivəsində işləri məhdudlaşdıracaq, beynəlxalq ekspertlərə daha genişmiqyaslı yoxlamalara icazə verəcək. Bunun əvəzində isə bu ölkəyə qarşı iqtisadi sansksiyalar zəiflədiləcək.

O, qeyd edib ki, dünya ictimaiyyətinin İranın nüvə proqramının dinc xaraketli olmasına inandırmaq üçün konstruktiv əhval ruhiyyədə danışıqları davam etdirməsi vacibdir.


Teqlər:





Xəbər lenti