Suriyadakı müharibədə 11 min uşaq həlak olub

Suriyadakı müharibədə 11 min uşaq həlak olub
  25 Noyabr 2013    Oxunub:1088
Suriyada iki il yarımlıq vətəndaş müharibəsinin gedişində 11 min uşaq və yeniyetmə həlak olub. AzVision.az xəbər verir ki, bu barədə İngiltərənin Oxford Research Group (ORG) qeyri-hökumət təşkilatının apardığı təhqiqatda deyilir.

Uşaq ölümlərinin əksəriyyəti partlayış nəticəsində baş verib, yerdə qalanlar isə atıcı silahlardan atılan atəşin qurbanı olublar. 128 uşaq bu ilin 21 avqustunda Dəməşq yaxınlığında kimyəvi hücum nəticəsində həlak olub. Qurbanların çoxu Hələb şəhərinin “payına” düşür.

Ümumilikdə hərbi əməliyyatların gedişində 113 735 dinc sakin öldürülüb.


Teqlər:  





Xəbər lenti