`Bəzilərinin xoşuna gəlsə də, gəlməsə də...` - TƏHLİL, VİDEO

`Bəzilərinin xoşuna gəlsə də, gəlməsə də...` - TƏHLİL, VİDEO
  25 Noyabr 2013    Oxunub:1073
İran prezidenti Həsən Ruhani, ölkəsinin 5+1 ölkələri ilə nüvə proqramı ilə bağlı apardığı müzakirələrdən sonra imzaladığı razılaşmadan danışıb. O bildirib ki, dünyadakı böyük güclər nəhayət İranın nüvə fəaliyyəti haqqını rəsmi şəkildə tanıdı.

AzVision.az xəbər verir ki, İran dövlət televiziyasına müsahibə verən H.Ruhani qeyd edib ki, bu müzakirələrdən sonra sonra İran xalqına hörmət etmək müsbət nəticələrə səbəb olacaq. Onun sözlərinə görə, artıq sanksiya və təhdidlərin heç bir funksiyası qalmayıb.

10 ildən sonra ilk dəfə bu səviyyədə bir razılaşmanın əldə edilməsindən məmnun olduğunu söyləyən İran prezidenti, bu müqavilənin nüvə yolunda atılan ilk addım olduğunu qeyd edib: "Müzakirələr bərabər şərtlərdə və qarşılıqlı hörmət çərşivəsində davam etdirilərsə, irəliyə doğru getməkdə davam edəcəyik. Müqavilənin ən əhəmiyyətli səmərəsi ondan ibarətdir ki, "5 +1" ölkələri ilə bərabər dünyanın digər əsas gücləri də İranın nüvə fəaliyyəti haqqını rəsmi tanımalıdır. Əlbəttə, bu onsuz da İranın sahib olduğu bir haqdır. Sazişin ikinci əhəmiyyəti odur ki, İranın öz torpaqları içərisində uranın zənginləşdirməsi ilə haqqı rəsmən qəbul edilir".

Ruhani açıq bəyan edib ki, İran xalqı uranın zənginləşdirməsi ilə yanaşı, Natanz, Fordo, Ərak, İsfahan və Bəndərabbas stansiyaları da fəaliyyətlərinə davam edəcəklər.

Bütün sanksiyaların növbə ilə aradan qaldırılacağını deyən Ruhani vurğulayıb ki, bəzilərinin xoşuna getsə də, getməsə də bu razılaşma ilə birlikdə sanksiya siyasəti artıq məğlubiyyətə uğradı: "Dünən gecə sanksiya siyasətində çatlar əmələ gəlməyə başladı və bu çatlaqlar zamanla daha da dərinləşək".

İran xalqının heç bir zaman nüvə silahı istəmədiyini söyləyən prezident, bəzi dövlətlərə xəbərdarlıq etməyi də unutmayıb: "Əhatəli müzakirələr və yekun razılaşmadan sonra heç kim deməsin ki, İranın nüvə silahı əldə etməsinə maneə törətdilər. Bu, gülünc zarafatlardan başqa bir şey deyil. İran heç bir zaman nüvə silahı arxasınca qaçmayıb".

Bu arada İsrail tərəfi razılaşmanı İran diplomatiyasının son on ildə ən böyük qalibiyyəti adlandırıb. Əvvəlkinə nisbətən razılaşma əldə olunarsa müharibə edəcəklərini vurğulayan İsrail siyasətçiləri mövqelərində bir az mülayimləşsələr də, İranla tək başına mübarizəni davam edəcəyini və təhlükəsizliklərini qoruyacağını bildirirlər.






Teqlər:  





Xəbər lenti