Namazov Vaqif Hacıbəylini cavabını verdi

Namazov Vaqif  Hacıbəylini cavabını verdi
  20 Noyabr 2013    Oxunub:1210
“Müsavat Partiyası mənim hədəfimdə heç vaxt olmayıb. Bu iddialar həqiqətə uyğun deyil”.
Bunu Azvision.az-a açıqlamasında Milli Şuranın üzvü Eldar Namazov Əhrar Partiyasının sədri, Müsavat funksioneri Arif Hacılının qardaşı Vaqif Hacıbəylinin onun haqda səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

“Ümumiyyətlə, hər kəs öz fikrini sərbəst söyləyə bilər. Vaqif Hacıbəyli də belə düşünür, belə deyir. O qədər də geniş şərhə ehtiyac yoxdur”.

Milli Şuradan çıxarılması tələbinə gəlincə, Eldar Namazov bu tələbin artıq dəb halnı aldığını deyib.

“İndi dəb olub bir qrup adam Milli Şuradan kimlərisə çıxardırlar, kimlərisə dəyişirlər. Onların da həvəsi bunadır. Qoy danışsınlar. Problem yoxdur”-deyə E.Namazov vurğulayıb.

Qeyd edək ki, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli facebook səhifəsində yazıb ki, Rəsul Quliyev kimi Eldar Namazovun da hədəfi Müsavat Partiyasıdır:

“Bu halda Eldar Namazovun Milli Şuranın icra orqanına rəhbərlik etməyə mənəvi haqqı varmı? Mənə elə gəlir ki,Milli Şuradakı sağlam qüvvələr bir çox digər aktual məsələlər kimi bu məsələyə də növbəti sessiyada aydınlıq gətirməyi bacaracaqlar”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti