YAP intellektual oyun keçirib

  19 Noyabr 2013    Oxunub : 621
YAP intellektual oyun keçirib
YAP Binəqədi rayon Təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib.
Binəqədi rayonunda fəaliyyət göstərən 32 tam orta məktəbin 10-11-ci sinif şagirdləri arasında keçirilmiş "Nə? Harada? Nə zaman?" intellektual oyununun final mərhələsi rayon partiya təşkilatının sədri Ramiz Göyüşovun, partiya fəallarının və yarışmanın ayrı-ayrı vaxtlarda keçirilmiş üç mərhələsindən qalib çıxmış və final oyununa vəsiqə qazanmış məktəblərin komandalarının iştirakı ilə baş tutub.

Yarışmada orta məktəbləri hər birində 1 ehtiyyat və 5 əsas oyunçu olmaqla 32 komanda təmsil edib və ümumilikdə 192 nəfər şagird iştirak edib. Yarışma 3 turdan ibarət olmaqla, noyabrın 4-də birinci tur, noyabrın 6-da ikinci tur, noyabrın 8-də isə üçüncü tur keçirilib.

Birinci turda 11 tam orta məktəbi təmsil edən komandalar arasında keçirilən gərgin yarış zamanı ən yüksək xal toplayan ilk üç komanda – 30 saylı orta məktəbi təmsil edən “Yenilikçi”, 244 saylı orta məktəbi təmsil edən “Tusi”, 246 saylı orta məktəbi təmsil edən “Hədəfə Doğru” komandaları qalib elan edilib və finala vəsiqə qazanıb.

Yarışmanın ikinci turuunda 100 saylı orta məktəbin “İlhamlı Gənclik”, 143 saylı orta məktəbin “143 Atəşi”, 179 saylı orta məktəbin “Yeni Azərbaycanlılar” komandaları qalib gəlib.
Yarışmanın üçüncü turunda 217 saylı orta məktəbi təmsil edən “İstiqlal”, 297 saylı orta məktəbi təmsil edən “Çempionlar” və 314 saylı orta məktəbi təmsil edən “Turan” komandaları qalib olublar.
Yarışma zamanı şagirdlərə dərs vəsaitlərindən, ümumi dünyagörüşündən, Ermənistanın ölkəmizə etdiyi təcavüz və işğaldan, YAP-ın yaranma tarixindən, eləcə də ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən suallar təqdim olunub. Hər turda 10 sual olmaqla üç turdan ibarət olan hər bir yarışda şagirdlərə ümumlikdə 30 sual verilib.

"Nə? Harada? Nə Zaman?" intellektual yarışının final mərhələsinin nəticələrinə əsasən 143 saylı orta məktəbin “143 Atəşi” komandası I yer, 179 saylı orta məktəbin “Yeni Azərbaycanlılar” komandası II yer, 297 saylı orta məktəbi təmsil edən “Çempionlar” komandası III yerə sahib olublar.



Teqlər: