Azərbaycan tolerant ölkələr beşliyində
Reytinqdə qeyd olunub ki, dözümlülük səviyyəsinə görə, Asiya və Avropa dövlətlərinin əksəriyyətini qabaqlayan Azərbaycan dini tolerantlıq nümunəsi sayıla bilər. Əhalisinin 95 faizini müsəlmanlar təşkil etdiyi ölkə digər din və millətlərin sülh və rahat yaşamasını təmin edə bilərək həm də Avropa Parlamentinin vitse-prezidentindən tərif qazanıb.
Saytda vurğulanıb ki, Azərbaycanın tolerantlıq modeli müsəlman dünyası üçün örnək sayılır. Bu gün Azərbaycanda çoxsaylı beynəlxalq konfrans və forumlar da fəal müzakirə olunur.
Məlumatda deyilir: "Ölkə rəhbərliyi belə hesab edir ki, insanlar hansı dinə mənsub olduğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə hörmət göstərməyə borcludurlar və hər bir ənənələrinə dözümlü olmalıdırlar.
İsveç, Kanada, Argentina və Avstraliya da dünyanın tolerant ölkələrin beşliyinə daxildir.
Teqlər: