İlham Əliyev Fələstin prezidentini təbrik etdi

İlham Əliyev Fələstin prezidentini təbrik etdi
  15 Noyabr 2013    Oxunub:952
Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir: "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Fələstin əlaqələri və dostluq münasibətləri istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində bundan sonra daha da genişlənərək xalqlarımızın rifahına xidmət edəcək.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm".


Teqlər:





Xəbər lenti